13 yanvar 2024, 13:00

Ayaz Nəcəfovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Amsar-Əski-İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı verdiyiniz 2023-cü il 27 dekabr tarixli Sərəncamınız kənd sakinlərini hədsiz sevindirdi. Bütün sakinlər və şəxsən öz adımdan Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizin apardığınız siyasəti dəstəkləyir, bütün işlərinizdə, həmçinin qarşıdan gələn Prezident seçkilərində Sizə uğurlar arzulayırıq. Əmin olun ki, burada yaşayan seçicilər hamımız bir nəfər kimi Sizə səs verəcəyik.

Ulu Tanrı yar və yardımçınız olsun!

Hörmətlə,

Nəcəfov Ayaz,

Azərbaycan Respublikası, Quba rayonu, Yenikənd kəndi.