Dövlət Aqrar Universitetin bir qrup müəllimindən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Son 20 ildə Azərbaycan Respublikasının aqrar sektoru Sizin rəhbərliyiniz və qətiyyətli siyasətiniz sayəsində böyük inkişaf yolu keçmişdir. Sizin tərəfinizdən kənd təsərrüfatının inkişafı prioritet istiqamət elan edilmiş, bu sahədə çoxsahəli dövlət dəstəyi sistemi yaradılmışdır. Son illərdə kənd təsərrüfatı sektorunun inkişaf tempi dünya üzrə orta göstəricidən yüksəkdir. İstehsal potensialının artırılması və qlobal dəyər zəncirinə inteqrasiyanın gücləndirilməsi hesabına kənd təsərrüfatı məhsullarının ixrac həcmi artmışdır. Daxili bazarda tələbatın xeyli artmasına baxmayaraq Azərbaycanın ərzaq təhlükəsizliyi göstəriciləri məqbul səviyyəyə çatıb.
Cənab Prezident, aqrar sektora və bu istiqamətdə mütəxəssislərin yetişməsi üçün bir çox layihələrin həyata keçirilməsinə göstərdiyiniz dəstək bizi - Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlərini çox sevindirir və işimizə daha möhkəm sarılıb aqrar sektorun inkişafina töhfə verəcək gənclərin layiqli mütəxəssis kimi yetişməsində əlimizdən gələn dəstəyi verəcəyimizə söz veririk. Ulu Öndərin layiqli davamçısı, doğma Azərbaycanımızın dünya ölkələri içərisində öz sözünü deyə bilən bir ölkə kimi yüksək səviyyədə tanınmasını təmin edən Prezidentimizi sonadək dəstəkləyirik.
Ulu Tanrı Sizi öz pənahında saxlasın!
Hörmətlə,
Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup müəllimi adından:
Lamiyə Quliyeva,
Aytəkin Məmmədova,
Naibə Vəliyeva,
Turanə Məmmədova.
Azərbaycan Respublikası, Gəncə şəhəri.