13 yanvar 2024, 10:30

İsa Əhmədovdan, Gəncə, Azərbaycan

Hörmətli əziz Prezidentimiz,

Bütün Azərbaycan xalqı özünü çox xoşbəxt sanır ki, zəfər dalınca zəfərlə gələn bu şanlı və tarixi illərin şahididir.

Özünün müasir intibah dövrünü yaşayan Azərbaycan məhz Sizin simanızda daha böyük və qətiyyətli uğurlara imza atır. Bütün dünya bu xalqın nə qədər müdirik, uzaqgörən bir xalq olduğunu, sözün əsl mənasında, dərk edərək qəbul edir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizə məsuliyyətli və şərəfli işinizdə müvəffəqiyyətlər, cansağlığı, uzun ömür, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıram.

Hörmətlə,

Əhmədov İsa Əhməd oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.