11 yanvar 2024, 12:32
Rüfət Mustafayev və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Siz Gəncəyə etdiyiniz səfərlərdən birində şəhər ictimaiyyəti qarşısında çıxış edərkən demişdiniz: “Bu gün biz görürük ki, Gəncə gözəlləşir, yeni yollar salınır, binalar tikilir, abadlıq işləri gedir. Bu, məni çox sevindirir və bundan sonra da Gəncəni daim dəstəkləyəcək, Gəncənin inkişafına köməyimi əsirgəməyəcəm”.
Doğrudan da biz hər zaman Sizin şəhərimizə diqqətinizi hiss edirik. Sizin qayğınız sayəsində Gəncə gözəlləşir, abadlaşır və ən müasir şəhərə çevrilir.
Yeni qəsəbələrə çəkilən yollar, işıqlandırılan küçələr göz oxşayır. Bunlara görə Sizə səmimi qəlbdən təşəkkür edirik.
Hörmətlə,
Mustafayev Rüfət,
Babayeva Mətanət,
Qasımova Şəhla,
Qasımov Ənvər,
Əliyeva Səidə.
Azərbaycan Respublikası, Gəncə şəhəri.