11 yanvar 2024, 17:16
İlknur Səmədovdan, Beyləqan, Azərbaycan
Cənab Ali Baş Komandan,
Xalqımızı dünya arenalarında layiqincə təmsil etdiyiniz üçün Sizə minnətdarıq.
Siz, bir vətəndaş olaraq mənim üçün çox dəyərlisiniz. Allah Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür versin. Bütün ailə üzvlərimlə bir yerdə hər zaman Sizə duaçıyıq. Qarabağ həsrətinə son qoyulduğu üçün başda Siz olmaqla, rəşadətli Ordumuza borcluyuq.
Dəyərli Prezidentim, 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Səmədov İlknur.
Azərbaycan Respublikası, Beyləqan şəhəri.