11 yanvar 2024, 11:57

Fazil Nayıbov və başqalarından, Bərdə, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Müasir müstəqil Azərbaycan dövlətinin təməlini Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında Ulu Öndərin misilsiz xidmətləri olmuşdur. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!

Möhtərəm Prezident, Siz Ulu Öndərimizin layiqli davamçısısınız. Qarabağ məsələsini həll etdiniz. Ermənistan dövlətinin, eləcə də dünyada onların havadarlarının iç üzünü ifşa etdiniz.

Allah Sizə uzun ömür, cansağlığı qismət eləsin. Sizin prezidentliyə namizədliyinizlə fəxr edirik. Arzu edirik ki, Azərbaycanın ömürlük Prezidenti seçiləsiniz. Siz buna layiqsiniz. Biz ailəvi şəkildə Sizi dəstəkləyib, Sizə səs verəcəyik. Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Nayıbov Fazil Asif oğlu,

Nayıbov Səfiyar Asif oğlu.

Azərbaycan Respublikası, Bərdə şəhəri.