Uğur Əfəndiyevdən, Perm, Rusiya
Hörmətli cənab Prezident.
Bütün uğurlarınıza görə Solikamsk şəhərində yaşayan azərbaycanlılar adından Sizə təşəkkür edir, fürsətdən istifadə edərək Yeni il bayramı münasibətilə təbriklərimizi çatdırır və müvəffəqiyyətlər arzulayırıq.
Siz illərin çətin sınaqlarına tab gətirdiniz, haqqa, xeyirxahlığa və ədalətə inamımızı qorudunuz. Siz ölkəmiz üçün gözəl inkişaf strategiyası qura bildiniz, həmçinin 30 ildən sonra ərazilərimizi - Qarabağı azad etdiniz. Bunun üçün Sizə dərindən minnətdarıq.
Vətəndən uzaqda olsalar da, bütün həmvətənlərimiz dəstəyinizi hiss edirlər.
Biz Sizin siyasi fəaliyyətinizi fəal şəkildə izləyir, qarşıdan gələn seçkilərdə də Sizi tam dəstəkləyirik.
Sizə cansağlığım və uğurlar arzulayırıq.
Hörmətlə.
Əfəndiyev Uğur Rəfail oğlu, Solikamsk şəhərindəki Azərbaycan icmasının sədri.
Rusiya Federasiyası, Perm diyarı, Solikamsk şəhəri.