10 yanvar 2024, 15:45

Rəşid Mahmudovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Sizi yeni ildə yeni uğurlarla görmək istəyirik və buna da ümidimiz böyükdür. Çoxumuz elə bilirdi ki, Qarabağ alınmaz bir qaladır. Amma Sizin qətiyyətiniz, Ordumuzun şücaəti sayəsində, şəhidlərimizin canı-qanı bahasına torpaqlarımız azadlığına qovuşdu.

Mən bir vətəndaş olaraq Sizin siyasətinizin vurğunuyam. Əsirlikdə olan iki hərbçimizi bu yaxınlarda azad edib xalqımızı növbəti dəfə sevindirdiniz. Dünyanın siyasi arenasında çıxışlarınız da bizi çox qürurlandırır.

Biz, gənc nəslin nümayəndələri daim Sizinləyik.

Hörmətlə,

Mahmudov Rəşid Xəlil oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Körpükənd kəndi.