07 yanvar 2024, 13:10
Ağaməlik Niyətovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Son illər respublikamızda, xüsusən Qarabağda aparılan abadlıq-quruculuq işləri hamımızın ürəyindən xəbər verir. Bu işlər birbaşa Sizin tapşırıqlarınıza və imzaladığınız dövlət proqramlarına, sərəncamlarınıza uyğun həyata keçirilir. İnsanların rifahını yaxşılaşdırdığınıza görə Sizə minnətdarıq.
Yaşadığım ev qəzalı idi. Bu yaxınlarda həmin evin yenidən tikilməsi ailəmizin sevincinə səbəb oldu.
Görülən işlərə görə Sizə minnətdarıq, cənab Prezident.
Hörmətlə,
Niyətov Ağaməlik
Azərbaycan Respublikası, Sabirabad rayonu.