Avcı Məmmədovdan, Cəbrayıl, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə müzəffər Ordumuz düşməni qovub Qarabağ torpaqlarından çıxardı. Bu yolda çəkdiyiniz zəhmət, gördüyünüz işlər əvəzsizdir. Siz Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirirsiniz. Ulu Öndərin xalqımız, ölkəmiz üçün etdiklərini heç vaxt yaddan çıxara bilmərik. Məhz O, Azərbaycan xalqını ağır və çətin günlərdən işıqlı sabaha doğru aparmağı bacardı.
Mən 2016-cı ilin Aprel döyüşləri zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakiniyəm. Bu kəndin azadlığını digər torpaqlarımızın azadlığına açılan qapı hesab edirəm. Siz uğurlu yola Cocuq Mərcanlıdan başladınız. Artıq burada – Cocuq Mərcanlıda gözəl qəsəbə salınıb. Şəxsən mən yuxularımda gördüyüm və xəyal etdiyim qəsəbədə yaşayıram. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm.
Cənab İlham Əliyev, Sizə uzun ömür, cansağlığı, ölkəmizdə əbədi Prezident olmağınızı arzulayıram.
Hörmətlə,
Məmmədov Avcı
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi.