30 dekabr 2023, 19:00
Mehman Mənəfov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Təbii proseslərin təsirindən evlərimiz qəzalı vəziyyətə düşmüşdü. Narahatlıq içərisində, lakin ümidlə yaşayırdıq. Dövlətimizin – güclü və qüdrətli Azərbaycanın bizi bu çətinlikdən xilas edəcəyinə inanırdıq. Hər zaman olduğu kimi, bu dəfə də inam və ümidlərimiz özünü doğrultdu.
Əziz Prezidentimiz, qəzalı evlərimizin əvəzinə yenilərinin tikilməsinə kömək göstərildiyi üçün Sizə minnətdarlığımızı bildiririk.
Allah köməyiniz olsun.
Hörmətlə,
Mənəfov Mehman
Abbasova Vəfa
Qəfərov Seyidəhməd.
Azərbaycan Respublikası, Salyan şəhəri.