30 dekabr 2023, 18:30

Ağalar Quliyevdən, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi və sosial rifahının yaxşılaşdırılması, vətəndaşları qayğılandıran məsələlərin həlli istiqamətində qəbul etdiyiniz qərarları, verdiyiniz tapşırıqları alqışlayırıq. Bunun sayəsində vətəndaşların güzəranı yaxşılaşır, onların qayğıları aradan qaldırılır. Bu istiqamətdə gördüyünüz işlər, qəbul etdiyiniz qərarlar, atdığınız addımlar vətəndaşlarımızın gələcəyə olan inamını, şəxsən Sizə olan güvənini birə-beş artırır.

Qəzalı vəziyyətdə olan evimizin əvəzində Sizin diqqətiniz sayəsində yenisinin tikilməsi hədsiz sevincimizə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə ailəm adından Sizə minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Quliyev Ağalar

Azərbaycan Respublikası, Beyləqan rayonu, Tatalılar kəndi.