30 dekabr 2023, 17:25

Rövşən Məmmədovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz sayəsində sürətlə inkişaf edən Azərbaycan yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutub. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğaldan azad etməklə möhtəşəm Zəfər əldə edib. Son 200 ildə Azərbaycanın itirilən, işğal olunan torpaqlarını geri qaytaran sərkərdə kimi adınız tariximizə qızıl hərflərlə yazılıb. Dünya azərbaycanlıları Sizin “dəmir yumruğ”unuz ətrafında birləşib. Biz böyük fəxarət hissi ilə öz fəaliyyətimizdə Sizin tapşırıq və tövsiyələrinizi yerinə yetiririk.

Sizə cansağlığı, uzun ömür, yeni-yeni uğurlar, əvvəlki seçkilərdə olduğu kimi, 2024-cü il fevralın 7-də növbədənkənar keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində də böyük qələbə arzulayırıq.

Fürsətdən yararlanaraq, Sizi Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.

Hörmətlə,

Rövşən Məmmədov,

Salyan Suvarma Sistemləri İdarəsinin rəisi.

Azərbaycan Respublikası, Salyan şəhəri.