29 dekabr 2023, 19:03

Arzu Mirzəyevdən, Lənkəran, Azərbaycan

Cənab Prezident,

Hər bir xalqın müqəddəratının, gələcək uğurlarının onun vacib məqamda nə qədər düzgün və müdrik seçim edə bilməsindən asılı olduğunu tarix dəfələrlə sübut etmişdir. Bu mənada Azərbaycan xalqı müasir tarixin yaddaşına qızıl hərflərlə yazılmış müdrik seçim təcrübəsinə malik olan və bu gün də öz düzgün seçiminin mühüm nailiyyətlərini yaşayan bir xalqdır. Qarşıdan gələn növbədənkənar prezident seçkilərində də xalqımız bir daha öz Liderinə – Sizə, ölkəmizdə xalq-iqtidar birliyinə əsaslanan sabitlik və inkişafın davam etməsinə, uğurlu gələcəyə səs verməyə hazırlaşırıq.

Cənab Prezident, mən və ailəm Sizə səs verəcəyik. Biz şadıq ki, Ulu Öndər Heydər Əliyev siyasəti yaşayır, davam edir və əbədi olaraq yaşayacaq.

Allah Sizi var etsin! Kölgəniz xalqımızın üzərindən əskik olmasın.

Hörmətlə,

Mirzəyev Arzu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Osakücə kəndi.