29 dekabr 2023, 16:32

Şəhid atasından, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bir şəhid atası kimi bu məktubu Sizə yazmağı özümə borc bildim. Şəhid ailələrinə, şəhid övladlarına, qazi və müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Dövlətimiz bizi daim diqqətdə saxlayır, yanımızda olub, dəstək göstərir. Mən işsiz idim. Bu ilin noyabr ayından Əlirzalı kənd tam orta məktəbində işlə təmin olunmuşam.

Uzun müddət işğal altında olan torpaqlarımızın azad olunması Sizin gecə-gündüz apardığınız uğurlu siyasətin nəticəsidir. Azərbaycan xalqına bu zəfər sevincini Siz gətirdiniz. Bir şəhid atası kimi mən və Azərbaycan xalqı həmişə Sizin ətrafınızda olacağıq. Bilirik ki, qarşıdan prezident seçkiləri gəlir. Artıq biz öz seçimimizi etmişik. Azərbaycan xalqı ən layiqli namizəd Sizi bilir və həmişə Sizi Prezident görmək istəyir. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz, onun siyasi kursunu çox uğurla davam etdirib, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etdiniz. Biz Sizinlə fəxr edirik.

Hörmətli cənab Prezident, Sizə və ailənizə bu yolda uğurlar arzu edirəm. Azərbaycan xalqının qəhrəman bir xalq olduğunu bütün dünyaya tanıtdıran Siz oldunuz.

Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Şahmalıyev Namik Göygöz oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Goranboy rayonu, Əlirzalı kəndi.