Bəhriyyə Musayevadan, Aşqabad, Türkmənistan
Hörmətli cənab Prezident.
Sizi Musayevlər ailəsi adından salamlayır və böyük dəstəyimizi bildiririk.
Azərbaycandan kənarda yaşayan milyonlarla soydaşımız kimi biz də Sizin apardığınız xarici siyasətinizin, Azərbaycanın istər beynəlxalq arenada, istərsə də döyüş meydanında qalib ölkə olaraq öz yerini tutması ilə fəxr edirik.
Çox xoşbəxtik ki, bu gün doğma Azərbaycanımız öz ərazi bütövlüyünü bərpa edib və tam suveren ölkədir. Bu, çox çətin bir yol olsa da, Siz bu yola əzmlə davam etdiniz və 44 günlük Vətən müharibəsində gücümüz, birliyimiz bütün dünyaya səs saldı.
Sizə ayrıca minnətdaram ki, bu gün bir çox ölkələrlə yanaşı, qardaş Türkmənistanla da əlaqələrimizin çox yüksək səviyyəyə çatdırılmasına nail olmusunuz. Bunun nəticəsidir ki, Sizin müdrik siyasətiniz ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaradıb.
Əminəm ki, Türkmənistanda yaşayan Azərbaycan vətəndaşları da 2024-cü ilin fevralında keçiriləcək seçkilərdə fəal şəkildə iştirak edərək xalqımızın işıqlı gələcəyinə səs verəcəklər.
Cənab Prezident, sonda Musayevlər ailəsi adından Sizə möhkəm cansağlığı, yurdumuza firavanlıq və qarşıdakı seçkilərdə Allahın izni ilə qələbə qazanmağınızı arzu edirik.
Hörmətlə,
Musayeva Bəhriyyə Bəhruz qızı, səhiyyə işçisi.
Türkmənistan, Aşqabad şəhəri.