28 dekabr 2023, 17:48

Mehman Ağayevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə dünya standartlarına uyğun yeni yollar, körpülər, keçidlər tikilir. Sizin sayənizdə Azərbaycanda müasir tələblərə cavab verən yeni yol infrastrukturu yaradılır.

Bütün bölgələrdə olduğu kimi, Astara rayonunda da yol infrastrukturunun yenilənməsi, cari və əsaslı təmiri istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu işlərin davamı olaraq iki yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sərəncamınız həmin kəndlərin sakinlərini çox sevindirdi.

Bütün sakinlər adından Sizə dərin təşəkkürümü bildirir, ölkəmizin inkişafı yolunda fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Ağayev Mehman.

Azərbaycan Respublikası, Astara rayonu, Şümrüd kəndi.