Elçin Bayramovdan, Kişineu, Moldova
Hörmətli cənab Prezident.
Tarixi Vətənimizdəki uğurları seyr edən Moldovada yaşayan azərbaycanlılar olaraq hazırda misli görünməmiş yüksək vətənpərvərlik və qürur hissi yaşayırıq.
Azərbaycan özünün geosiyasi mövqeyini möhkəmləndirib və xalqımızın son üç onillikdə arzuladığı, çoxdan gözlənilən ərazi bütövlüyünü bərpa edib.
Azərbaycan cəsarətlə və qətiyyətlə hərtərəfli inkişafın mütərəqqi modelini - iqtisadi, mədəni, infrastruktur, rəqəmsal və sosial inkişaf modelini tətbiq edərək regionun şəksiz liderinə çevrilib.
Uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan ən qiymətli nəticəyə - istənilən xarici strukturlardan tam müstəqilliyə və özünü tam təmin etməyə nail olub. Bütün bunlar son onilliklər ərzində gözümüzün qarşısında baş verib.
Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bütünlüklə xalqa, Vətənə və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edərək uğurlu siyasətinizlə davam etdirilib.
Cənab Prezident, Sizin Azərbaycanın inkişafına töhfəniz böyükdür. Müasir Azərbaycanın uğuru uzaqgörən siyasətiniz və vaxtında atdığınız ardıcıl addımların nəticəsidir.
Azərbaycanın zəfərlərinin zirvəsi Sizə məxsusdur, xalqımızın əsas Qələbəsinə - işğalçıların cəmi 44 gün ərzində “dəmir yumruq”la qovulmasına əbədilik verilib. Otuz ilə yaxın işğalda olan Qarabağ azad olunub və ərazi bütövlüyümüz bərpa edilib.
Sizin müdrik, uzaqgörən və gələcəyə hesablanmış siyasətiniz Azərbaycanın və onun xalqının xoşbəxt və firavan sabahının təminatıdır. Bu gün ardıcıl surətdə həyata keçirilən layihələr Azərbaycanın mövqelərini daha da gücləndirir və möhkəmləndirir.
“Daha sürətli, daha yüksək, daha güclü - birlikdə!” - bu məşhur Olimpiya devizi ilə Moldova Azərbaycanlıları Konqresi və Moldovanın bütün Azərbaycan icması ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış Qələbəyə görə Sizə minnətdarlığını və təşəkkürünü bildirir.
Hörmətlə,
Bayramov Elçin, Moldova Azərbaycanlıları Konqresinin sədri.
Moldova Respublikası, Kişineu şəhəri.