Elbrus Əhmədovdan, Oğuz, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Biz Oğuz rayonunun şəhid ailələri qürurla bildiririk ki, Sizin apardığınız məqsədyönlü və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan hazırda dünyada xüsusi mövqeyi, regionda isə söz sahibi olan lider ölkəyə çevrilib.
Qarabağımız uğrunda hərb meydanlarında və siyasi arenalarda bir cəsur sərkərdə və müdrik siyasi xadim kimi düşmən üzərində çaldığınız tam və qəti Qələbəyə görə Sizə minnətdarıq.
Qazandığınız bütün qələbələrə, o cümlədən gələcəkdə əldə edilən uğurlara görə Oğuzun şəhid ailələri adından Sizi ürəkdən təbrik edirik. Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayırıq. Xalqımız, o cümlədən biz Sizin apardığınız siyasəti dəstəkləyir, bütün işlərinizdə, həmçinin qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar arzulayırıq.
Siz hamımızın yeganə Liderisiniz. Əmin olun ki, hamımız bir nəfər kimi Sizi dəstəkləyəcək, Sizə səs verəcəyik.
Hörmətlə,
Əhmədov Elbrus Əhmədiyyə oğlu.
Azərbaycan Respublikası, Oğuz rayonu.