29 dekabr 2023, 11:20
Gəray Allahverdiyev və başqalarından, Kürdəmir, Azərbaycan
Hörmətli cənab Prezident,
Kürdəmir rayonunda baş vermiş zəlzələ nəticəsində evlərimiz qəzalı vəziyyətə düşmüşdü. Bu, bizi çox narahat edirdi. Ancaq ümidimizi üzmürdük. Güclü və qüdrətli Azərbaycanın vətəndaşı olduğumuz üçün bu işə də bir əncam çəkiləcəyinə inanırdıq və zaman bizə yanılmadığımızı göstərdi. Belə çətin bir vaxtda yenə dövlətimiz harayımıza yetişdi, bizə kömək əlini uzatdı.
Əziz Prezidentimiz, qəzalı evlərimizin əvəzində yenilərinin tikilməsinə kömək göstərildiyi üçün Sizə minnətdarlığımızı bildiririk.
Ulu Tanrı hər zaman köməyiniz olsun, Sizi darda qoymasın.
Hörmətlə,
Allahverdiyev Gəray,
Əhədov Razi,
Abdullayev İsrayıl,
Kərimova Mələknaz,
İbrahimov Oktay.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Topalhəsənli kəndi.