Sedat Şamillidən, Polşa
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Polşa Respublikasında yerləşən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının əsas məqsədi ölkəmizin siyasi, sosial və mədəni reallıqlarını xarici ictimaiyyətə çatdırmaqdır.
XXI əsrdə dünya siyasətində Azərbaycan Respublikası öz güclü siyasi iradəsi və dövlətçilik anlayışı ilə bir ulduz kimi parlamaqdadır. Biz 30 il sonra torpaqlarımızı qətiyyətli şəkildə geri qaytarmağı bacardıq.
Sizin xalqın əsl Lideri kimi Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirərək qazandığınız uğurlar bu qətiyyətli siyasətin, hər zaman xalqa güvənmənizin, xalqının isə sizə inamının nəticəsidir.
Müasir Azərbaycanın əsas sütunlarından biri Azərbaycan gəncliyidir. Sizin uzaqgörən siyasətiniz və gəncliyə verdiyiniz dəyər əsasında Azərbaycanın gələcəyinin də uğurlu olacağı heç bir şübhə doğurmur. Gənclərimizin amalında hər zaman Azərbaycan dövlətinin daha da güclənməsi və irəli getməsi şüarı vardır. Bu amal daim gəncliyin öz Prezidentinə sədaqəti ilə davam edəcəkdir.
Cənab Prezident, 20 illik hakimiyyətiniz dövründə Sizinlə qürur duymuşuq və inanırıq ki, bundan sonrakı dövrdə də Azərbaycan xalqının rifahı üçün çalışacaqsınız.
Sizə, qarşıdan gələn prezident seçkilərində tam və sonsuz dəstəyimizi bildirmək istəyirik.
Hər zaman “İlhamla İrəli”!
Hörmətlə,
Sedat Şamilli,
“Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri.
Polşa Respublikası.