28 dekabr 2023, 19:35

Sevinc Alışova və başqalarından, İmişli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Təbii fəlakətin təsirindən evlərimizin qəzalı vəziyyətə düşməsi bizi qayğılandırır və düşündürürdü. Sözün düzü nə edəcəyimizi bilmirdik. Yenə də dövlətimizin köməyinə ümid edirdik. Ümidlərimiz növbəti dəfə özünü doğrultdu. Sizin tapşırığınız əsasında problemin həlli üçün işlər görüldü.

Cənab Prezident, qəzalı vəziyyətə düşmüş evlərimizin əvəzində yeni evlərin tikilməsinə görə Sizə təşəkkürümüzü bildiririk. Ocağınız daim gur yansın.

Hörmətlə,

Alışova Sevinc,

Kazımov Möhlət,

Bayramov Yunis,

Alşanov Bayram.

Azərbaycan Respublikası, İmişli şəhəri.