29 dekabr 2023, 10:38
Nizami Sarıyev və başqalarından, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Respublikamızda insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən işlər, regionlarda başlanan yeni layihələr və hər il yüzlərlə yeni yaşayış binalarının tikilməsi nəticəsində Azərbaycanın bütün bölgələri müasir, şəraitli yaşayış yerlərinə çevrilir.
Belə layihələr çərçivəsində bizim qəzalı vəziyyətdə olan evlərimiz də yenidən tikilir.
Görülən işlər sakinlərin ürəyincədir və buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Sarıyev Nizami,
Əzizov Əlisahib,
Məmmədov Dumas,
Quliyeva Dilarə.
Azərbaycan Respublikası, Sabirabad rayonu.