28 dekabr 2023, 14:50
Səadət Məmmədova və başqalarından, Kürdəmir, Azərbaycan
Hörmətli cənab Prezident,
Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etdiniz və bizə Qələbə sevincini yaşatdınız.
Azad olunmuş torpaqlarda böyük quruculuq işləri həyata keçirilir. Digər bölgələr də diqqətdən kənarda qalmır. Bu, Sizin uzaqgörən siyasətiniz sayəsində baş verir.
Bizim qəzalı evlərimizin yenidən tikilməsi hamımızın sevincinə səbəb oldu. Buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Sizə və ailənizə uzun ömür, cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədova Səadət,
Hüseynova Həbibə,
Novruzov İlqar,
Rəsulov Səid,
Zərbəliyeva Aynurə
Azərbaycan Respublikası, Kürdəmir rayonu.