28 dekabr 2023, 13:33
Adilə Bağırovadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün ölkəmiz inkişaf tempinə görə nəinki regionda, eləcə də dünya miqyasında seçilən ölkələrdən biridir. Uğurla atılan addımlar, həyata keçirilən hər bir iş ölkəmizin inkişafına, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Öz müalicəvi nefti ilə dünyada şöhrət qazanmış şəhərimizdə son illər böyük işlər görülür. Naftalan şəhərinin siması tamamilə dəyişib.
Bu inkişafa, aparılan abadlıq-quruculuq işlərinə, bütün uğurlarımıza görə şəhərimizin bütün sakinləri adından Sizə sonsuz minnətdarlığımızı və ehtiramımızı bildirirəm.
Hörmətlə,
Bağırova Adilə Nəriman qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.