27 dekabr 2023, 14:57

Günel Məliklidən, Bakı, Azərbaycan

Hörmətli Cənab Prezident!

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirərək, siyasi iradəniz, zəngin dövlətçilik təcrübəniz, titanik işgüzar keyfiyyətləriniz, ən əsası isə, xalqa olan dərin məhəbbətiniz nəticəsində Azərbaycan ötən 20 il ərzində böyük inkişaf yolu keçmişdir.

Bizi Qarabağımıza qovuşduran günəşli payız günlərinin hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı, Müzəffər Ali Baş Komandanımız, Siz yazdınız. Sarsılmaz iradəniz, qətiyyətiniz nəticəsində böyük strateq, qalib sərkərdə kimi əbədi olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldunuz.

Tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdınız. Memarı Siz olduğunuz bu böyük əsər millətimiz və dövlətimiz mövcud olduqca qalacaq, Ali Baş Komandanım. Vətən müharibəsində əldə edilmiş şanlı Qələbə haqqında danışarkən Sizin ən yaxın silahdaşınız, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolunu xüsusi qeyd etmək istəyirəm. Döyüş əməliyyatlarının planlaşdırılmasından və gedişatından tutmuş, hərbi qulluqçuların təminatı, yaralıların müalicəsi, Şuşada və digər bölgələrimizdə qədim mədəniyyətimizə və tarixi irsimizə aid abidələrin mühafizəsi, mülki vətəndaşların düşmən zərbələrindən qorunmasını xüsusi diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi tapşırıqlar və bu istiqamətdə gördüyü işlər danılmaz xidmətlərdir.

Möhtərəm Prezident, Qarabağda uğurla başa çatdırılmış antiterror tədbirləri regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açmışdır. Bu böyük və mühüm hərbi-tarixi hadisə ilə Siz tarixi ərazilərimiz üzərində ölkəmizin tam Qələbəsini təmin etdiniz. Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan Sizin qüdrətiniz sayəsində Qələbə qazanaraq tarixə düşdü. İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın hərb tarixində bir ad daim yaşayacaq - qətiyyətli Lider, qüdrətli Sərkərdə, fenomenal şəxsiyyət, müzəffər Ali Baş Komandan İlham Əliyev.

Gənc alim kimi dünya dövlətlərinə nümunə olacaq siyasi fəaliyyətinizdən bəhrənələrək “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” mövzusunda yazdığım elmlər doktoru dissertasiya işinin müəllifi olaraq, ölkəmizin fenomenal liderinin siyasi fəaliyyətinin tədqiqini özümün gələcək tədqiqatlarımda da əsas istiqamət seçdiyimə görə şərəf duyuram. Ümid edirəm ki, biz gənclər Sizin şərəfli yolunuzun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Biz gənclər əminik ki, Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq. Gənc alim kimi dünya dövlətlərinə nümunə olacaq siyasi fəaliyyətinizdən bəhrələnərək “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” mövzusunda yazdığım elmlər doktoru hazırlığı üzrə dissertasiya işinin müəllifi olaraq, ölkəmizin fenomenal liderinin siyasi fəaliyyətinin tədqiqini özümün gələcək tədqiqatlarımda da əsas istiqamət seçdiyimə görə şərəf duyuram. Ümid edirəm ki, biz gənclər Sizin şərəfli yolunuzun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Gənclər, bütövlükdə xalqın bütün təbəqələri müstəqillik dövrünün 9-cu prezident seçkisində tarixin ən qüdrətli Azərbaycanını yaradan Liderə – Sizə əminliklə səs verəcək. Azərbaycanın güclü, inkişaf etmiş bir dövlət kimi tanınması və firavan həyatın təmin edilməsi istiqamətində apardığınız gərgin fəaliyyətinizdə Sizə uğurlar arzulayır, ölkə gəncləri adından dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi doğum gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Uca Allah Sizi qorusun.

Hörmətlə,

Məlikli Günel, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri.