27 dekabr 2023, 14:00

Natiq Bağırovdan, Minsk, Belarus

Möhtərəm cənab Prezident,

Belarus Respublikasında minlərlə azərbaycanlı xoşbəxtdir. Onlar müxtəlif yaşda olan insanlar, fərqli peşələrin nümayəndələridir. Ancaq hamımızı Vətənimizə, Azərbaycana böyük məhəbbət hissi birləşdirir. Biz fəxrlə bildiririk ki, Azərbaycan cənab İlham Əliyevin Prezidentliyi dövründə, həqiqətən də tarixi qələbələr əldə edib.

Dövlətin inkişafı üçün parlaq düşünülmüş və hazırlanmış strategiya sayəsində Azərbaycan Cənubi Qafqazın iqtisadi liderinə çevrilmişdir. Bu gün nəhəng qızıl-valyuta ehtiyatlarına malik olan Azərbaycan güclü, sabit dövlət nümunəsidir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və həyata keçirdiyi layihələr çoxlu sayda Avropa ölkələrinə də xeyir gətirir.

Bütün bunlar isə öz növbəsində Azərbaycanın dünyada geosiyasi çəkisinin durmadan artmasına səbəb olur. Gələn il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək hüququnu əldə etməsi buna sübutdur. Bu, gələn il iki yüzə yaxın dünya liderinin ölkəmizə səfər etməsinə və sürətlə inkişaf edən Azərbaycanı öz gözləri ilə görməsinə imkan verəcək.

Sizin uğurlu strategiyanız sayəsində Azərbaycan sürətli inkişafla yanaşı, müasir dünya tarixinə öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə nail olmuş dövlət kimi adını yazdı. Xüsusilə qeyd edim ki, bununla da Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğunda maraqlı olan xarici dövlətlərinin planlarını pozdu.

Siz səriştəli Prezident, əzmli Ali Baş Komandan kimi Azərbaycan Ordusunu dünyanın ən yüksək döyüş qabiliyyətinə malik ordularından birinə çevirdiniz və Ermənistanın təslim olması ilə başa çatan 44 günlük müharibədə tarixi Qələbə qazandınız. Azərbaycanın Dövlət Bayrağının qədim Şuşada dalğalanması, bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bayrağımızın Xankəndidə qaldırılması da Sizin sayənizdədir.

Ermənistan-Azərbaycan münaqişəsinin öz həllini tapması Sizin tarixi xidmətinizdir. Biz, Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi”-nin rəhbərliyi və üzvləri Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tam dəstəkləyirik.

Əminik ki, yalnız Sizin rəhbərliyinizlə tarixi Vətənimiz bundan sonra da sürətlə inkişaf edəcək, işğaldan azad edilmiş Qarabağı dirçəldəcək, dünya siyasi arenasında getdikcə daha mühüm rol oynayacaq.

Biz bütün dünya azərbaycanlılarını hər birimizin ümdə arzusunu gerçəyə çevirmiş tarixi Şəxsiyyətə dəstəkləmək üçün əllərindən gələni etməyə çağırırıq.

Hörmətlə,

Bağırov Natiq,

“Şöhrət” ordenli, Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri, Belarusun Əməkdar idman ustası.

Belarus Respublikası, Minsk şəhəri.