Elbay Qasımzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Dekabrın 25-də imzaladığınız Sərəncamla məni 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif etməklə Siz mənim xidmətlərimi yüksək qiymətləndirdiniz. Bu dəyərli, yüksək təltif həyatım boyu memarlığa sərf etdiyim 52 ilin çox gözəl bəhrəsidir. Mən bunu, Sizin milli memarlıq sənətinə göstərdiyiniz qayğı və diqqətin növbəti təcəssümü kimi qiymətləndirirəm.
Əminəm ki, xidmətində durduğum memarlıq sənəti yalnız əzəmətli, varlı, güclü dövlətdə inkişaf edə bilər. Azərbaycan Respublikası məhz belə dövlətdir. Bu nailiyyətlər, güclü iqtisadiyyata malik bütöv Azərbaycan Sizin tükənməz fəaliyyətiniz sayəsində əldə edilib. Siz cəmi 20 il ərzində müstəqil Azərbaycanımızı ən yüksək zirvələrə qaldırımısınız.
Möhtərəm cənab Prezident!
Bu yüksək münasibətə görə, Sizə dərin minnətdarlıqla bildirirəm ki, həyatımın qalan hissəsini də dövlətimizə, xalqımıza, sənətimizə xidmətə həsr edəcəyəm.
Dərin hörmət və ehtiramla,
Qasımzadə Elbay,
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar.
Azərbaycan Respublikası, Bakı şəhəri.