26 dekabr 2023, 12:30
Mətanət Həşimovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə və Mehriban xanıma özümün və ailə üzvlərimin təşəkkürünü çatdırmaq istəyirəm.
Ən böyük çox sağ ol isə oğlum İbrahimin adındandır. İbrahimin səhhətində yaranmış problem Heydər Əliyev Fondunun köməyi ilə keçirilən əməliyyatla aradan qaldırıldı.
Hazırda oğlumun müalicələri davam edir, hər cür diqqət və qayğı ilə əhatə olunub.
Cənab Prezident, bu günlərdə yaşadığım şərəf, qürur hisslərinə ana sevinci də qarışıb. Çox sağ olun, var olun. Allah Sizi, Mehriban xanımı, xalqımızı, əsgərlərimizi, həkimlərimizi qorusun.
Hörmətlə,
Həşimova Mətanət Vaqif qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.