25 dekabr 2023, 14:15

Mirmehdi İbişovdan, Füzuli, Azərbaycan

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Xankəndi şəhərində keçirilmiş futbol matçının sevincini bizə yaşatdığınız üçün Sizə sonsuz dərəcədə minnətdaram. Keçirdiyim qürur hissi yaşadığım bütün hisslərlə müqayisədə daha üstündür. Bu hissi sözlə ifadə etmək çox çətindir.

Biz Sizin sayənizdə ən ümdə arzularımıza qovuşduq. Ulu Tanrı da nə arzunuz varsa, hamısına çatmağı nəsib etsin.

Allahın şəfaəti daim Sizinlə olsun.

Çox sağ olun, mənim qətiyyətli və Müzəffər Prezidentim!

Hörmətlə.

İbişov Mirmehdi Şakir oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi.