23 dekabr 2023, 13:23

Gülər Quluzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizin inkişafı, suverenliyimizin bərpası üçün gördüyünüz işlər heç bir kitaba sığmayan hünər dastanıdır. Mən də öz şeirimlə Sizi vəsf edərək qəhrəmanlığınız qarşısında baş əyirəm:

 

Alıbdır əzəməti başı qarlı dağlardan,

Əyilməzdir, dönməzdir, igidlərin vüqarı,

İgidlər gözləyir hücum əmri, Ali Baş Komandan,

Azad etmək üçün bizim doğma diyarı,

“İlhamla irəlidir!” bu gün əsgər şüarı!

 

Təmizləyir yadlardan bu torpağı, bu yurdu,

Yenilməzdir, güclüdür, nizamidir bu Ordu!

Od ələyir, başına düşmənin, yeri gordu

Dözməyib, düşmən qaçır daha, yurduna sarı,

“İlhamla irəlidir!” bu gün əsgər şüarı!

 

Hücum çəkir ordumuz, edir yeni səfərlər,

Zəfərlərin ardınca gəlir yeni zəfərlər

Yenilməzdir hər zaman bu igidlər, bu ərlər,

Çaldığı zəfərlərdən sevinir dostu, yarı,

“İlhamla irəlidir!” bu gün əsgər şüarı!

 

El sevinir, xalq gülür çaldığımız zəfərdən,

Azad olduqca torpaq oyanar hər nəfəsdən,

Dözməyə halı yox, düşmən düşüb taqətdən,

Tükənməzdir xalqına etibarı, ilqarı,

“İlhamla irəlidir!” bu gün əsgər şüarı!

 

Hörmətlə,

Quluzadə Gülər Müsəllim qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.