22 dekabr 2023, 18:15

Cahandar Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi ölkəmin, Vətənimin qalib, Müzəffər Ali Baş Komandanı kimi salamlayır, Vətən müharibəsi iştirakçısı olaraq səmimi qəlbdən təşəkkür edirəm.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının bütövlüyü uğrunda həm döyüş meydanında, həm siyasi müstəvidə apardığınız siyasətlə hər zaman biz əsgərlərinizi ruhlandırdınız, dəstəklədiniz.

Ali Baş Komandan kimi 2020-ci ildə bizə, xalqımıza böyük sevinc bəxş etdiniz. Amansız düşmən tərəfindən işğal edilmiş torpaqlarımız rəhbərliyinizlə müzəffər və rəşadətli Ordumuz tərəfindən, şəhidlərimizin qanı bahasına azad edildi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Siz bununla Vətənə bağlı gənclik yaratmış oldunuz.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda Cəbrayılda, Qubadlıda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyim üçün “Qubadlının azad olunmasına görə” medalı ilə məni təltif etmisiniz.

Cənab Prezident, Sizi və Mehriban xanım Əliyevanı bir gənc olaraq daim dəstəkləyəcək və hər zaman azərbaycanlı olduğuma və Sizin kimi Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimə xidmət etdiyimə görə fəxr edəcəyəm.

Hörmətlə,

Ağayev Cahandar Fəxrəddin oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.