22 dekabr 2023, 11:30
Fərhad Hacızadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz insanların yaxşı yaşaması, hər bir insanın maddi imkanlarının artması, uşaqlarımızın yaxşı məktəblərdə oxuması, həkimlərin gözəl xəstəxanalarda işləməsi, insanlarımızın sağlam olması ilə bağlı istəklərinizi gerçəkləşdirmək üçün vaxtınızı, qüvvənizi və səylərinizi əsirgəmirsiniz.
Mən 20 ildən çox Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişəm. Səhiyyə sahəsində siyasətinizi daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.
Hörmətlə,
Hacızadə Fərhad
Azərbaycan Respublikası, Bakı şəhəri.