21 dekabr 2023, 16:52
Asif Fətdayevdən, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Suveren, güclü Azərbaycan üçün etdiyiniz qəhrəmanlıqlar Sizi xalqın əbədi Liderinə çevirdi.
Sizin siyasətinizə, ölkəni uğurla idarə edəcəyinizə tam əminik. Xalqın Sizə olan inamı və güvəni sonsuzdur.
Allah hər zaman Sizə işlərinizdə uğurlar, cansağlığı və xoş günlər nəsib etsin. Sizin haqqınızda nə desək azdır. Bütün xoş sözlər qəlbdən gəlir:
Ulu Öndər yadigarısan,
Azərbaycan övladısan!
Xalqın sən dayağısan,
Yaşa, var ol, əziz Prezident.
Qarabağı azad edən,
Düşmənləri məyus edən,
Ulu Öndərin ruhunu şad edən
Yaşa, var ol, əziz Prezident!
Hörmətlə,
Fətdayev Asif
Azərbaycan Respublikası, Biləsuvar rayonu.