20 dekabr 2023, 19:05

Rəfiqə Həsənovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Qırx dörd günlük Vətən müharibəsi elə ali keyfiyyətlərinizi üzə çıxardı ki, dünya Sizi heyrətlə izlədi. Ölkəmizə qazandırdığınız qalibiyyət Vətən, xalq sevgisinin zirvə nöqtəsi idi. Sizin kimi Lider xalqın xoşbəxtliyidir. Bu xoşbəxtlikdən ruhlanaraq Sizə həsr etdiyim şeiri təqdim edirəm:

Halaldı ürəkdən içdiyin andın,

Vətənin dərdini öz dərdin sandın,

Açılmaz işləri düyündən açdın,

Xalqın sonsuz sevgisini aldın,

Ali Baş Komandan İlham Əliyev!

Azərbaycan adında bir dünya qurdu,

Düşmənə zəhmli, özü adil, qəlbi nurdu,

Nə qədər istəsəz xariqələr qurdu,

Yüz il belə çalış, vuruş, ömür sür,

Ali Baş Komandan İlham Əliyev!

Hörmətlə,

Həsənova Rəfiqə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.