20 dekabr 2023, 18:10
Telman Mahmudovdan, Şəki, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Sizin göstəriş və tapşırıqlarınızın, sərəncamlarınızın uğurla icrası bütün bölgələr kimi Şəkidə də böyük nailiyyətlərin əldə olunmasına təkan verib.
Sizin və Mehriban xanımın Şəkiyə hər səfəriniz toy-bayrama çevrilir. Səfərləriniz zamanı açdığınız xəstəxanalar, məktəblər, iri heyvandarlıq mərkəzləri və digər sahələrə aid müəssisələr xalqın rifahının yüksəlməsinə xidmət edir.
Görülən bütün işlərə görə Sizə öz minnətdarlığımı bildirirəm. Həmçinin Sizə gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, cansağlığı və uzun ömür arzu edirəm. Növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm.
Hörmətlə,
Mahmudov Telman Ramazan oğlu.
Azərbaycan Respublikası, Şəki şəhəri.