Xudadat Xudiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Son illər Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm səhifələrinə imza ataraq azadlıq, müstəqillik və ərazi bütövlüyü prinsiplərinə fövqəladə töhfələr vermişdir.
Qırx dörd günlük müharibədə xalqımızın ərazilərimizin düşmən tapdağından azad edilməsindəki böyük Qələbəsi, bir neçə saat ərzində Azərbaycan torpaqlarında hələ də qalmaqda olan və ölkə əhalisinin təhlükəsizliyini təhdid edən Ermənistan ordusunun qalıqlarına qarşı keçirilən antiterror əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə düşdü.
Bu qələbələr dünya xalqları və ölkələri arasında ölkəmizin nüfuzunu qat-qat artırmaqla yanaşı, xalqımızı işğal töhməti və əzabından xilas etdi.
Cənab Prezident, Siz Azərbaycanı bu qələbələrə aparmış, onun haqq mübarizəsinə rəhbərlik etmiş, həm siyasi çevikliyiniz və bacarığınız, həm də Azərbaycanı sevməyən böyük güclər qarşısında göstərdiyiniz iradə və mətanətlə xalqımızın tarixində müstəsna rol oynamısınız. “Qazilərin sosial durumunun və hüquqlarının müdafiəsi” İctimai Birliyinin üzvləri adından hər zaman Sizi dəstəklədiyimizi bildiririk.
Hörmətlə,
Xudiyev Xudadat - “Qazilərin sosial durumunun və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.