19 dekabr 2023, 10:55

Elxan Süleymanovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Gəncə şəhərində aparılan abadlıq və quruculuq işlərinə görə Sizə minnətdarlığımı bildirirəm.

Bugünkü Gəncə şəhərinə nəzər yetirəndə çox dəyişikliklərin şahidi oluruq. Şəhərimiz qədimliyi və müasirliyi özündə təcəssüm etdirməklə bərabər, səliqə-sahmanı ilə də diqqəti cəlb edir.

Gəncənin inkişaf etməsində, abadlaşmasında Sizin zəhmətiniz çoxdur. Buna görə şəhərimizin sakinləri adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Hörmətlə,

Süleymanov Elxan Qənbər oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.