16 dekabr 2023, 12:25
Həsən Rzayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz Qarabağın azad olunacağına, Sizin doğma torpaqlarımızı düşmən tapdağı altında qoymayacağınıza əmin idik.
Sizin və Ali Baş Komandanı olduğunuz şanlı Ordumuzun sayəsində hazırda qalib və məğrur ölkənin vətəndaşıyıq.
Hüseyn Axundovun və Aqşin Bəbirovun da azadlığa qovuşacağına əmin idik, çünki Sizə güvənirdik. Əsgərlərimizin azadlığa qovuşduğu an hər bir azərbaycanlı deyirdi: “Çox sağ ol, cənab Prezident!”
Var olun, cənab Prezident!
Hörmətlə,
Rzayev Həsən.
Azərbaycan Respublikası, Bakı şəhəri.