16 dekabr 2023, 14:22
Zöhrə Əliyevadan, Bakı, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Siz hər bir ölkə vətəndaşının fəxri, həmçinin hamımızın təhlükəsiz, firavan həyatının qarantısınız.
Yaşadığımız xoş günlərə, o cümlədən Hüseyn Axundov və Aqşin Bəbirovun azadlığa qovuşması ilə bağlı sevinc hisslərinə, Azərbaycan dövlətinin qüdrətlənməsi, xalqımızın daha firavan yaşaması üçün sərf etdiyiniz zəhmətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Əliyeva Zöhrə.
Azərbaycan Respublikası, Bakı şəhəri.