Məryəm Əlizadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzaladığınız Sərəncamla Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülməyim kiçik əməyimə verilən böyük dəyərdir. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, Siz bütün həyatını doğma Azərbaycanımızın yüksəlişinə həsr edən görkəmli dövlət xadimi, rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı, mədəniyyət və incəsənət xadimlərinə sonsuz diqqət göstərən Vətənimizin mərd, ləyaqətli övladısınız.
Sizə Qalib Azərbaycanımızın inkişafı naminə məsuliyyətli, şərəfli və möhtəşəm fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıram.
Hörmətlə,
Əlizadə Məryəm, əməkdar incəsənət xadimi, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.