14 dekabr 2023, 16:43
İradə İsgəndərlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin sayənizdə əsgərlərimizin düşmən əsirliyindən azad edilməsi bizi növbəti dəfə qürurlandırdı, anaları sevinc göz yaşlarına boğdu.
Əsgərimizin söylədiyi “İnanırdım ki, azad olunacağıq” sözləri Sizə, dövlətimizə olan böyük inamın və sonsuz güvənin təzahürüdür. Siz ölkə vətəndaşları ilə yanaşı, dünyanın dörd bir yanında olan azərbaycanlıların ümid çırağısınız.
Xalqımıza və gənclərimizə olan qayğınıza görə böyük qürur hissi ilə Sizə sonsuz minnətdarıq.
Biz Sizinlə fəxr edirik!
Allah Sizi qorusun!
Hörmətlə,
İsgəndərli İradə.
Azərbaycan Respublikası, Bakı şəhəri.