14 dekabr 2023, 12:30

Əliqulu Ələkbərovdan, Lerik, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Sizin 20 illik fəaliyyətiniz qələmə alınsa, heç bir kitaba sığmaz. Bu fəaliyyət dünya siyasətçilərinə bir örnək olduğu kimi, 44 günlük müharibədə və sonrakı antiterror tədbirlərində qazandığınız qələbələr bədxahlara böyük dərsdir.

Bu Sizin fitri istedadınızın, düzgün idarəçilik və uğurlu xarici siyasətinizin Qələbəsidir.

Azərbaycan xalqı və Ordusu Sizin rəhbərliyinizlə qəhrəmanlıq salnaməsi yazdı. Buna görə Siz xalqımızın əbədi Qəhrəmanısınız.

Var olun, cənab Prezident!

Hörmətlə,

Ələkbərov Əliqulu Əlirza oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Blaband kəndi.