14 dekabr 2023, 15:43

Aynur Layıcovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Əvvəlcə Sizi və ailənizi özümün və övladımın adından sidq-ürəkdən salamlayıram.

Bununla yanaşı, Gəncə şəhərində görülən işlərlə əlaqədar Sizə minnətdarlığımı bildirirəm. Bugünkü Gəncə şəhərinə nəzər yetirəndə çox dəyişiklərin şahidi oluruq. Şəhərimiz qədimliyi və müasirliyi özündə təcəssüm etdirməklə bərabər, səliqə-sahmanı ilə də diqqəti cəlb edir. Gəncənin inkişaf etməsində, abadlaşmasında Sizin zəhmətiniz çoxdur.

Mənim övladım ürək xəstəsidir. Onun lazımi dərman və preparatlarla təmin olunması üçün kömək göstərilir. Dövlətimin qayğısı ailəmə böyük dəstəkdir. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Layıcova Aynur.

Azərbaycan Respublikası, Gəncə şəhəri.