14 dekabr 2023, 15:00

Kəmalə Qədirovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əsir düşmüş 2 əsgərimizin düşmən əsirliyindən azad edilməsi üçün göstərdiyiniz təşəbbüs bütün Azərbaycan xalqının sevincinə səbəb olmuşdur. Vətənimiz, ölkəmiz üçün gördüyünüz işlər danılmazdır.

Cənab Prezident, Sizin rəhbərliyinizlə xalqımız yumruq kimi birləşərək milli birliyimizi nümayiş etdirdi. Müasir gənclərimiz haqlı olaraq Sizi özlərinin idealı hesab edir və hər zaman dəstəkləyirlər. Xalqımızın Sizə inamı və güvəni sonsuzdur.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Qədirova Kəmalə,

Azərbaycan Respublikası, Bakı şəhəri.