14 dekabr 2023, 14:38

Fərəh Məcidovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprel ayından hərbi əsirlikdə olan gənclərimizin azad edilməsi ilə bağlı əldə olunan razılaşma xəbəri hər birimizin böyük sevincinə səbəb oldu. Uğurlu siyasətiniz nəticəsində anaların gözlərindəki kədər sevinc göz yaşları ilə əvəz olundu. Biz Sizinlə fəxr edir və hər zaman siyasətinizi dəstəkləyirik. Çox xoşbəxtik ki, Sizin kimi Liderimiz var. Var olun, cənab Prezident! Fürsətdən istifadə edərək, Sizə cansağlığı, ölkəmizin tərəqqisi naminə yeni uğurlara imza atmağınızı arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Məcidova Fərəh,

Azərbaycan Respublikası, Bakı şəhəri.