14 dekabr 2023, 14:18

Anar Əliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk öncə Sizi salamlayır və Qarabağda qazandığımız şanlı Qələbə münasibətilə təbrik edirəm. Xalqımıza sevinc dolu günlər yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi bunun bariz nümunəsidir. Mənim anam onkoloji xəstədir. Biz də sosial yardımla bağlı müraciət etmişdik və məsələ öz müsbət həllini tapdı. Bu kateqoriyadan olan vətəndaşlarımıza yaratdığınız şəraitə görə Sizə ailəm adından sonsuz minnətdarlığımı ifadə edirəm.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Əliyev Anar,

Azərbaycan Respublikası, Gəncə şəhəri.