13 dekabr 2023, 15:12

Xəyyam Əsgərovdan, Kəlbəcər, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, çağdaş dünyanın tanınmış siyasətçisi, xalqın sevimli Prezidentisiniz. İyirmi ildir ki, Siz müstəqil Azərbaycana uğurla rəhbərlik edirsiniz.

Bu müddətdə görülən işlərin, əldə olunan qələbələrin miqyası ölçüyəgəlməzdir. Qazandığımız zəfərlər münasibətilə Sizi təbrik edir, həmçinin kəlbəcərli gənclərin adından təşəkkür bildirirəm.

Sizin sayənizdə xalqımız vüqarlı və xoşbəxtdir.

Ailəmiz adından gördüyünüz bütün işlərə görə minnətdarlıq bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əsgərov Xəyyam

Azərbaycan Respublikası, Kəlbəcər rayonu, Şaplar kəndi.