13 dekabr 2023, 10:50

İranə Babayevadan, Bakı, Azərbaycan

Salam, hörmətli cənab Prezident.

Allah-Təala Ulu Öndər Heydər Əliyevin ruhunu daim şad etsin.

Ulu Öndərimiz Azərbaycanı yenidən qurdu, müasir və tərəqqipərvər ölkə etdi. Siz bu yolu inamla və qətiyyətlə davam etdirərək Azərbaycanın qarşısında yeni üfüqlər açdınız. Dədə-baba torpaqlarımızı işğaldan azad etməklə xalqımızı və dostlarımızı sevindirdiniz.

Çox şadıq ki, övladlarımız suveren və firavan ölkədə yaşayırlar. Yeni iş yerləri açılıb, gənclərin gələcəyi naminə çox çalışırsınız. Mənim oğlum Sizə olan hörmət və ehtiramı ilə hərbçi olub.

Allah Sizin kölgənizi başımızın üstündən əskik etməsin.

Var olun. Amin!

Hörmətlə,

Babayeva İranə

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi.