13 dekabr 2023, 12:47

Xanım Eldarovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan gənclərinə olan dəstəyinizə, qayğınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Son illər ərzində gənc nəsildə vətənpərvərlik ruhunun daha da güclənməsi görülən məqsədyönlü işlərin, onlara verilən dəstəyin və qayğının müsbət nəticəsidir. Vətən müharibəsində biz bunu bir daha əyani şəkildə gördük. Gənc əsgər və zabitlərimizin torpaqlarmızın azadlığı uğrunda necə şücaət göstərməsi hər kəsə yaxşı məlumdur.

Bu ilin aprel ayından düşmən əsirliyində olan gənc əsgərlərimiz Hüseyn Axundov və Aqşin Bəbirovun taleyi xalqımızı narahat etsə də, onların azadlığına ümidimiz böyük idi. İnanırdıq ki, Müzəffər Ali Baş Komandan öz əsgərlərini düşmən əsirliyində qoymayacaqdır. Düşündüyümüz kimi də oldu. Əsgərlərimizin erməni əsirliyindən azad olunacağı xəbəri hər birimizi qəlbən sevindirdi.

Sizə sonsuza qədər minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Eldarova Xanım.

Azərbaycan Respublikası, Bakı şəhəri.